Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat seçildiyi ərazisindəki su problemindən danışdı

Tarix: 29-02-2024 12:13     Baxış: 3209 A- / A+

Fevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar”  mövzusunda ictimai dinləmə keçirilib.
Milli Məclisin deputatı Müşfiq Məmmədli iclasda çıxış edərək, seçildiyi ərazi üzrə vətəndaşlar tərəfindən edilən müraciətlər əsasında bir neçə məsələni diqqətə çatdırıb. 
Manevr.az xəbər verir ki, Yaşma yaşayış massivi ərazisində vətəndaşların su ilə təchizatında sıxıntı yaşadığını, xüsusilə bu problemin yay aylarında daha qabarıq biruzə verdiyini bildirib:
"Sözügedən ərazidə Şollar su xətti, həmçinin, qarşı ərazidə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə məxsus müxtəlif su qurğularının mövcud olmasını nəzərə alsaq, burada istər içməli su təchizatı, istərsə də suvarma ilə bağlı hər hansı bir problem olmamalıdır. Eyni zamanda sudan qeyri səmərəli istifadə də bu məsələnin həll olunmasına problem yaradır", M.Məmmədli qeyd edib. 

Deputat nəzərə çatdırıb ki, Sumqayıt şəhəri son illərdə çox böyük inkişaf yolu keçmişdir. Bunun nəticəsi olaraq şəhər əhalisinin sayı durmadan artmaqdadır. Xüsusilə Dənizkənarı ərazidə Pirşağıya qədər çox mühüm abadlıq quruculuq işləri aparılıb və aparılmaqdadır: "Təbii ki, şəhərimizin yüksək səviyyədə irəliləməsi, dənizkənarı ərazidə turizmin inkişafı, yeni yaşayış binalarının tikilib istifadəyə verilməsi əhali axınını Sumqayıta xüsusilə bulvar ərazisinə sürətləndirir. Bu da həmin ərazidə su kanalizasiya sisteminin yüklənməsinə, su qurğularının ötürücü və təmizləyici funksiyasının səmərəli fəaliyyətinə müəyyən çətinliklər törədir. Ona görə də bəzən tullantı suları dənizə birbaşa axıdılır. Bu da gələcək də müxtəlif ekoloji problemlərin yaranmasına, turizmin inkişafına maneə törədə bilər. Yaranmış bu problemin həll olunması üçün müvafiq standartlara uyğun su kanalizasiya sisteminin qurulmasına ehtiyac vardır. Eyni zamanda Hacı Zeynalabdin qəsəbəsi ərazisində də su xətti və kanalizasiya xəttlərinin yenidən qurulması üçün tələbat yaranmışdır", deyə M.Məmmədli bu məsələnin də həll olunması üçün çıxışında öz fikrimi bildirmişdir.

Nigar Nəriman
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar