Xəbər lenti
Aqil Məmmədov: "Prezident Xocalıda Azərbaycan xalqının mənəvi birliyini, qətiyyətini bir daha ifadə etdi"
Prezident İlham Əliyevin 26 fevral tarixində Xocalı şəhərində soyqırımın 32-ci il dönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Bu sözsüz ki, böyük tarixi hadisə hesab olunur. 32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı gününün Xocalıda qeyd olunması xalqımızın yaddaşına əbədi həkk olunacaq. Cənab Prezident və xocalıların iştirakı otuz iki ildən sonra Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması isə mühüm hadisə oldu. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan II Qarabağ müharibəsi nəticəsində döyüş meydanında məğlub edildi. Bu tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin, günahsız qurbanlarımızın qisası döyüş meydanında alındı.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, düşmən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən döyüş meydanında darmadağın olundu: “Bu gün ölkəmizin bütöv ərazisində suverenliyimiz tam təmin edilib. Ermənistan və ona havadarlıq edən qüvvələrin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında mövcudluğunu saxlamağa çalışan separatizm yuvası məhv edildi. Sözsüz ki, 32 ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca tarixi, emosional anlar kimi yaddaşlarda qalacaq. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı aktdır. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi. Nəticədə 613 nəfər vəhşicəsinə qətlə yetirilidi, 150 nəfər itkin düşdü, 1000-dən çox insan girov götürüldü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70-dən çox yaşlı insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində soyqırıma məruz qaldı. Sözsüz ki, Xocalıda olanlar Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət! çağırışı bu gün də davam edir. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar bu işdə aktiv yer alıb. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir”.
Deputat bildirib ki, Xocalı soyqırımı cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır “Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın” – ölkəmizin başçısı bu qanlı soyqırım aktına görə dünya birliyinin biganə yanaşdığını bildirib. Azərbaycan dövləti isə ötən bu onilliklər ərzində qanlı cinayəti, soyqırımı törədənlərin ədalət mühakiməsinə cəlb edilməsi üçün çalışıb. Nəhayətdə isə bu ədaləti ancaq Azərbaycanın özü təmin edib. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Təbii ki, 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Cənab Prezident də qeyd edib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.
Millət vəkili hesab edir ki, 2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni idi: “Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıtmasına imkan verəcək. Sözsüz ki, hələ də sülhdən yayınmağa çalışan Ermənistan almış olduğu dərslərdən də nəticə çıxartmalıdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və ölkəmizə qarşı ərazi iddialarından əl çəkməkdir”.
Manevr.azBunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar