Xəbər lenti
Xeyriyyəçilik maddi zəmin deyil, ürək-qəlb məsələsidir - Hacı İntiqam -75 -ŞƏKİLLƏR

Bizim tanıdığımız Hacı İntiqam Atayev də məhz belələrindəndir. Fevralın 23-də Bakının Şüvəlan qəsəbəsində yerləşən "Xəzri" şadlıq sarayında Hacı İntiqam Atayevin 75 illik yubiley gecəsi və şairə-yazıçı Gülmaya Feyruzqızının yubilyara həsr etdiyi "Ömür səhifəsi" kitabının təqdimatı keçirildi. Tədbirə şəhid valideynləri, qazilər və müharibə veteranları da dəvət olunmuşdu.

Daha sonra Gülmaya Feyruzqızı yubilyara həsr etdiyi romanın yazılma səbəbini açdı, burada Hacı İntiqamın şəcərəsi haqqında geniş arayış verdiyini dedi, kitabın tez bir zamanda hazırlanmasında xüsusi əməyi olan "İmza" nəşrlər evinin direktoru Səbuhi Aslana təşəkkürünü bildirdi. Sonra tarix elmləri doktoru, professor İbadulla Ağayev, professor Təvəkkül Səlimov, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, kulinariya üzrə mütəxəssis Tahir Əmiraslanov, kitaba maliyyə dəstəyi göstərən "Şahənşah" şadlıq sarayının müdiri Rəşad Süleymanov, yazıçı Gülnarə Tomris, şair Abel İslam, Aygün Hüseynli, İslam Ələsgərli, Yardımlı rayonundan gəlmiş Mirnəzər Mirkazımlı, Füzuli rayonundan gəlmiş Kərəm Salahoğlu, Vaqif Rüstəmov, Şəhla Qarayeva, fərdi təqaüdçü Etibar Alıyev, Göyçay rayon Yazarlar birliyinin üzvləri, Xalq artisti, bədii qiraətçi Eldost Bayram, Cavidsunas Həmid Cəfərov həm yubilyara, həm də Gülmaya xanıma ürək sözlərini bildirdilər.
Mən (Hüseyn İsaoğlu) də çalışdığım "Bütöv Azərbaycan" qəzetinin kollektivi adından Hacı İntiqam Atayevi təbrik etdim, ona can sağlığı, tükənməz gənclik həvəsi arzuladım. Tədbir boyu çıxış edənlər Hacı İntiqamın gördüyü işlərdən, etdiyi xeyriyyəçilikdən, təmiz əməllərindən danışdılar və bildirdilər ki, o, milyonçu Hacı Zeynalabdin Tağıyevdən sonra milyonu olmayan xeyriyyəçidir. Həmçinin, qeyd etdilər ki, Hacı İntiqam bağban işləyir. Halal zəhməti, alın təri ilə qazandığı pulları şəhidlər üçün ehsan süfrəsi, tanınmış ziyalılar haqqında xatirə gecələri, anım günləri keçirməyə xərcləyir. Xatırladaq ki, tədbirdə 300 nəfərdən çox insan iştirak edirdi. Sonda Hacı İntiqam Atayev tədbirə gələn qonaqlara, kitabın müəllifi Gülmaya Feyruzqızına, kitabın redaktoru Rauf İlyasoğluna, "İmza" nəşrlər evinin direktoru Səbuhi Aslana təşəkkürünü bildirdi. Əslən cənubi Azərbaycandan olan, hal-hazırda Amerikada yaşayan jurnalist Elyaz Yekenli tədbiri ANT internet televiziyası ilə canlı yayımladı. Tədbir insanlıq hissi güclü olan Hacı İntiqam Atayevin həyat sevgisi ilə yadda qaldı.
Hüseyn İsaoğlu (Məmmədov),
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar