Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xocalı ilə bağlı paylaşımlar trend oldu

Tarix: 26-02-2024 19:21     Baxış: 3209 A- / A+



Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycanda sosial media istifadəçilərinin etdiyi paylaşımlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılaraq trendə düşüb.
Manevr.az xəbər verir ki, fevralın 25-i Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial media hesablarından etdikləri paylaşımların ardınca sosial media istifadəçiləri soyqırıma dair çoxsaylı fotoşəkil, video-görüntü və məlumatlar, həm Xocalı faciəsini ilə bağlı 32 il əvvəl çəkilmiş, həm də Xocalının azad olunmasından sonra çəkilmiş görüntülər paylaşıblar. Xocalı sakinlərinin 32 ildən sonra öz doğma torpaqlarına qayıdışına həsr olunmuş hekayələr əsasında çəkilmiş reportajlar daha böyük maraqla qarşılanıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşımda #XocalıyaƏdalət həştəqindən istifadə edib.
Həmçinin ölkə başçısının Xocalıda soyqırım memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də sosial mediada böyük maraq doğurub. Ümumilikdə, bu mövzuda paylaşımlar Amerika Birləşmiş Ştatları, Türkiyə, Ermənistan, Rusiya, İran, Hollandiya, Almaniya, Fransa, Kanada və digər ölkələrdə sosial media trendinə düşüb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar