Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Faşist-ekstremist Limonov Qarabağda: “Türklərə nifrətim məni bura gətirdi…”

Tarix: 04-06-2017 13:08     Baxış: 5301 A- / A+
Faşist-ekstremist Limonov Qarabağda:



Qarabağa, Azərbaycanın işğal altındakı ərazilərinə Rusiyadan daha bir qalmaqallı ictimai fiqur-ekstremist, qatı millətçi və fəaliyyəti qadağan olunmuş bir sıra təşkilatlar yaratmış yazıçı Eduard Limonov səfər edib.
Manevr.az turkustan.info-ya istinadən xəbər verir ki, Limonov Rusiyada nəşr edilən erməni qəzeti “Yerkramas”a müsahibəsində Dağlıq Qarabağa təxminən bir həftəlik gəlib. Məqsədi isə özünün dediyi kimi “türklərə qarşı nifrətini” büruzə verməkdir. Və özünün bildirdiyi kimi bu, onun Qarabağa ilk səfəridir.
“Məsələ çox sadədir-mənim antitürk mövqeyim. Mən Rusiyanın Türkiyəyə dair siyasətini yanlış hesab edirəm. Bu barədə mənim tərəfimdən çoxsaylı məqalələr yazılıb, hansı ki, heç kim bu haqda məndən xahiş etməmişdi. Bu məqalələrə müxtəlif adamlar reaksiya verdilər və mənimlə əlaqə saxladılar, Ermənistana dəvət etdilər. Mən türklərə heç vaxt etibar etməmişəm. Rusiya tarixi bizi məcbur edir ki, onlara şübhə ilə yanaşaq və mənim başqa mövqeyim yoxdur”-Limonov deyib.

Faşist-ekstremist Limonov Qarabağda:

Eduard Limonov Rusiyada fəaliyyəti qadağan olunmuş Milli Bolşevik Partiyasının qurucusudur. Daha sonra o, “Başqa Rusiya” partiyasını və eyni adlı koalisiyanı yaradıb. Rusiya hakimiyyətinə qarşı “Narazıların marşı” adlı yürüşün təşkilatçılarından bidir. 2009-cu ildə prezidentliyə namizədliyini irəli sürüb, ancaq MSK onun namizədliyini qeydə almayıb. Limonov vaxtilə Balkanlarda serblərin tərəfində Bosniya müsəlmanlarına qarşı vuruşub.
Ermənilərin ekstremist Limonovun anti-türk mövqeyindən istifadə edib onu Azərbaycanın işğal altındakı ərazilərinə gətirməsi şübhəsiz ki, təbliğat məqsədinə xidmət edir və Bakı ləngimədən Limonovun barəsində mümkün tədbirləri görməli olacaq.
Xatırladaq ki, iki il əvvəl digər qalmaqallı və avantürist rusiyalı xadim, 90-cı illərdə “Alisa” əmtəə birjasını quraraq sürətlə milyonçuya çevrilmiş, daha sonra özünü tərkidünya pravoslav xadimi kimi qələmə verən German Sterliqov ailəsi ilə birlikdə Dağlıq Qarabağa “köçmüşdü”. Lakin Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində cinayət işi açıb axtarışa verdi, Rusiyadan Sterliqovun barəsində istintaq aparılmasını tələb etdi. Sterliqov Qarabağa qəfil gəldiyi kimi qəfil də geri qayıtdı və hazırda o, Moskvada “ekoloji təmiz və əllə becərilmiş” taxıldan çörək, öz şəxsi fermasından yağ, süd və digər ərzaq satmaq üçün mağaza açıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar