Xəbər lenti
Aqil Məmmədov: “Qələbəmiz Xocalı soyqırımını unutdurmayacaq”
“Xocalı soyqırımından bizi 32 illk zaman məsafəsi ayırır. Amma, xalqımız hər il bu günlərdə Xocalı soyqırımının ağrı-acısını, Xocalı sakinlərinin başına gətirilən vəhşəti xatırlatır, onu törədənləri lənətləyir. Baxmayaraq ki, qazandığımız qələbə bir çox itkilərimizi unutmağa, şəhidlərimizin qisasını almağa səbəb oldu, amma, Xocalı soyqırımı hər zaman xatırlanacaq”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü isə mümkün olmuşdu: “Ulu Öndər Xocalı soyqırımı haqqında bildirirdi ki, "Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Bu münasibətin davamı olaraq 1994-cü ilin 24 fevralında Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümumilli liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir”.
A.Məmmədovun sözlərinə görə ötən dövrdə Xocalı soyqırımının dünyada tanıdılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Bunlar içərisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət” kampaniyasının müstəsna əhəmiyyəti var: “Məhz buna görə bir çox dünya parlamentlərində Xocalı soyqırımı ilə bağlı müvafiq sənədlərin qəbulu mümkün olub”
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev hər zaman Xocalı soyqırımının qurbanlarının xatirəsini əziz tutub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” deyərək bu qətliamın əsl kökləri haqqında xəbərdarlıq edir. Məhz Ali Baş Komandanın apardığı siyasət və bilavasitə rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması nəticəsində bu gün deyə bilərik ki, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Onları qisası erməni separatçılarından, terrorçularından layiqincə alındı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı”, “dəmir yumruq” qalib gəldi. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıdı. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi Xocalı da Böyük Qayıdışa hazırlanır. İnanırıq ki, Xocalı sakinləri elliklə öz doğma yurdlarına dönəcəklər”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar