Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Qol”uyla yazdı dastan - Nəriman

Tarix: 23-02-2024 19:01     Baxış: 4601 A- / A+

NƏRİMAN

Vurduğu qolla Portuqaliyanın “Braqa” Futbol klubunu məğlub edən, xalqımıza sevinc yaşadan, sevimli komandamızın Avropa Liqasının 1/8 final mərhələsinə keçməsinə səbəb olan “Qarabağ” futbol klubunun hücumçusu Nəriman Axundzadəyə ithaf edirəm.

Tanıyın bu igidi,
Alıb müdrik öyüdü,
Bir gecədə ”böyüdü”,
“Qol”uyla yazdı dastan,
Nəriman.

Bizi çox sevindirdi,
Rəqibləri endirdi,
Şair qəlbin dindirdi.
Unudulmaz həmin an,
Nəriman.

Uğurlu sınaq oldu,
Necə də xoş çağ oldu,
Qalib “Qarabağ” oldu.
Topa ley kimi cuman,
Nəriman.

Bükülməsin qolumuz,
Açıq olsun yolumuz,
Vurduğun bu “Qol” umuz,
Oldu futbolda imzan,
Nəriman.

Sözüm çoxdur deməyə,
Təşəkkür Qurban bəyə,
O qadirdi çox şeyə.
Gəlib xeyirli zaman,
Nəriman.

Futbol da bir səhnədir,
“Qarabağ”ım öndədir,
Məğlubiyyət gendədir.
Etsin uğurlar davam,
Nəriman.


Coşqun XƏLİLOĞLU
23.02.2024.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar