Xəbər lenti
Məkanın strukturlaşması və ya formanın bərpası
Şahlar Əsgərov,
əməkdar elm xadimi
Maddələrin xassəsi onun atomar quruuşundan asılı olması orta məktəbdən məlumdur. Quruluş həm mikro, həm də makro aləm üçün önəmlidir. Quruluşun hikməti böyükdür.Beləki, qiymətcə çox ucüz olan kömür və qiymətcə çox bahalı olan almaz karbon atomlarından təşkil olunubdur.
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində (14.02.24) dedi: İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm.
Yeni və nailiyyətli dövr hansı bünövrə üzərində qurulur? Bu suala cavab vermək üçün yaşadığımız tarixin son iki yüzillik dövrünə fəlsəfi nəzər salaq.
Cisimlərin formanı saxlamaq xassəsi məlumdur. Əlimizdə olan qələmi qırmasaq, o öz formasını min illər saxlayar. Bu xüsusiyyət canlı cisimlərdə tez görünəndir. Beləki yaşıl ağaca kəsici alətlə yara vursaq, bir neçə ay sonra ağac yarasın sağaldacaq və əvvəlki formasını almağa çalışacaq. İnsan bədəninə vurulan yara da bir müddətdən sonra sağalıb, əvvəlki formasını almağa calışar.
Bu dediklərimiz məkan (coğrafiya) üçün də doğrudur. Cənubi Qafqaz da min illər ərzində orda yaşayan millətlər tərəindən təbii olaraq strukturlaşdırmışdı. Kəndlər, şəhərlər, meşələr, otlaqlar, yollar bu strukturlaşmanın elementləri idi. İki yüz il öncə bu torpaqlar Çar Rusiyas tərəfindən işğal edildikdən sonraı təbii və tarixi strukturlaşma dağıdıldı. Zaman-zaman müsəlmanların yaşadıqları torpaqlar zorakılıqla ermənilərə verildi. Coğrafi formanın dəyişdirilməsi SSRİ dövrümində də davam etdi. Min illərlə sülh şəraitində yaşayan Cənubi Qafqaz xalqları konfliklər dövrünü yaşamağa başladı. Sülh və müharibə fenomenləri məkanın strukturlaşması prosesinə bağlıdır. Ədalət bərqərar olanda və Cənubu Qafqaz tarixi formasını tam bərpa edəndə strukturlaşma başa çatacaqdır.
SSRİ –nin suqutundan sonra məkan yenidən strukturlaşmaya və əvvəlki tarixi formasını almağa başladı. Nəticədə, Azbaycan, Gürcüstan, Ermənistan müstəqilləşdi. Ancaq Ermənistan daha çox torpaqlarımıza göz tikdiyindən Azbaycan 30 illik müharibəyə başladı və qalib gəldi. Ədalət bərqərar oldu.
Sülh müqaviləsinin imzalanması coğrafi strukturlaşmanın başa çatması olacaqdır. Neçəki Naxçıvan Azərbaycanla birlikdə strukturlaşmayıb, hələ bölgədə dayanıqlı sülhün olmasına inam azdır.
Yeni cografiyada yeni dövr başlayır. İnşallah uğurumuz bol olar. Çünki bu dövrə Prezident İlham Əliyev deməli “alnımız açıq, başımız dik daxil oluruq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar