Fevralın 12-də Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddin Zəngilan rayonu istiqamətində atəşkəsi pozaraq hərbçimizi yaralamaqda əli olan şəxslər həbs oluna bilər.
Manevr.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Hərbi Polisi məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı Azərbaycan tərəfinin qeydə alaraq yaydığı görüntüləri şərh edə bilməyib.
"Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngilan hissəsində erməni mühafizəçilərin atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumat araşdırılır. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə yuxarı komandanlığın hərbi qulluqçunun atəş açması barədə yazılı əmri olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozmaqda təqsirli olan şəxslər məsuliyyətə cəlb olunacaqlar", - məlumatda deyilir.
Xatırladaq ki, fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
DSX-nin 13 fevralda keçirdiyi qisas əməliyyatı ilə sözügedən döyüş mövqeyi darmadağın edilib, 4 erməni həbçi isə məhv edilib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar