Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məryəm Xan İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 19-02-2024 18:52     Baxış: 4149 A- / A+
BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Məryəm Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Azərbaycan Respublikasının bütün suveren ərazisində keçirilən prezident seçkiləri iqtisadi tərəqqinin sürətləndirilməsi, insan hüquqları və fundamental azadlıqlarının, dinc birgəyaşayışın qorunması üçün mühüm mərhələdir.
Fürsətdən istifadə edərək bildirirəm ki, BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinin təşviqi və qadınların sağlamlığının qorunmasına yönəlmiş çoxşaxəli təşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir. Həmçinin BMT-nin Əhali Fondu özünün 2021-2025-ci illər üzrə Ölkə Proqramı çərçivəsində, o cümlədən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa kontekstində Azərbaycan hökuməti ilə əməkdaşlığa sadiqliyini bir daha bəyan edir. Cari il üçün prioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədilə BMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılmış iqlim dayanıqlılığı səylərinə veriləcəkdir.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar