Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəqani Qayıblının 60 yaşına Çiçəyin nəğməsi... -ŞƏKİLLƏR

Tarix: 19-02-2024 11:09     Baxış: 2349 A- / A+

Xəqani Qayıblı

El arasında bir deyim var. “Baxt, yığval ayrı şeydi”, yaxud “yığvalın yeyin olsun”. Deyirəm, sözün də, şeirin də insanlar kimi baxtlısı, baxtsızı, yığvallı, yığvalsızı olur elə bil. Bir baxtı yeyin, özü yüyrək Söz istərəm ki, ala qanadına, sala yedəyinə  düz apara məni  Qaraçöpün qarıf oğlu Qayıblı Xaqninin iç dünyasına, könül dünyasına. Orda bir güllü gülüstan quram, bir güllü gülüstan quram ki, Çiçəklər tamaşaya gələ...
Hardan alım o Sözü? Tapsaydım nə vardı ki. Xəqaninin özü kimi şirin dilim də yoxdu “ bay dərdin alem, mən elə səni gəzmerdimmi” deyibən ilanı yuvasından çıxaram. O da yoxdu. Ehh...mənimki qalıb bir Allaha... 

Qəribədir, qərib -qərib ölkələrdə, qürbət şairi kimi qələmini qəddəyib qartal kimi qəlblərimizə qonan  Xəqani Qayıblının iç dünyasını da, dış dünyasını da hamı məndən də gözəl bilir. Hardan gəlir bu adam, hara gedir. Hansı taleyi seçib, hansı alın yazını yaşayır? Soyu bəlli, kökü bəlli, tər-təmiz qandan gələn bu cavan oğlanın Boz Qurt haykırtısı ilə uzaq-uzaq Altaylardan, yatağında can verməyən böyük Türkün oylaqları, oymaqları- Ərgənəkondan gəldiyini də hamı bilir. 
Özünün dediyi kimi-

Bir sevda durub könlümdə,
Dərdi uçurub könlümdən-
Tanrı taxt qurub könlümdə...
Sufi imandan gəlirəm...
Əylən...Əylən...sufi imandan gələn oğlan, bax mən  axtardığım o baxça-bağdı, o gülüstandı ki,  qonaq qalam. Mənə bir Eşq şərabı verərsınmi, gül könlünə mehman olam, varam o irə bilmədiyim ənginliklərə heyran olam...
Yel qanadlı, quş qanadlı o sözü onçün istəmirdimmi bəs məni  Tanrısal qatlara qaldıra bəlkə...
Bəndəsal şeirlərinlə çox ovundum, oğlan, aldanmam daha...

Ayaqlarım yamaclardan kəsildi-
Bu çiçəyi axtarırdım nə vaxtdır!
Bundan belə nə yaşasam bəsimdi—
Bu çiçəyi axtarırdım nə vaxtdır!
Bu çiçəyin ləçəyinə şeh düşüb,
Bu çiçəyin yollarına meh düşüb,
Bu çiçəyin yeri, vallah, səhv düşüb
Bu Çiçəyi axtarırdım nə vaxtdır!—
dediyin zamanlarda ağlımı kəsdirdiyin nəydi bəs? Bilirdinmi ki,sənin əlin qürbətin yaxasında qalanda mən də inanıb 
Yarı otam, yarı çiçək
Qeyb olacam bir gün gerçək.
Ölsəm, məni göyçək-göyçək
Ağlayası sonam yoox...yox!- 
deyəndə oturub qürbətdəki qərib oğlanı göyçək-göyçək ağlayırdım...Cavan olmuşam yəqin))) Amma...
Özümə gəldim bayıldım,
Yox, mən yenə gedər oldum!
Döndərmə məni bu yoldan,
Döndərmə,atam balası,yoox...yox! (red-Anam)...

Bu yol dönüləsi yol deyil, atam balası, yoox...yox. Bundan eşqili, bundan sevdalı bir yol da yoox...yox...
Ağ atlı, ağca arzulu bir şair olsaydın əgər, o gözəlliklərə varan yolda mən də qurbanlıq qul olardım. Amma nə yazıqlar -
Bəlkə ona görə yaşamırıq ki,
Bu yolda qurbanlıq ola bilmirik.
Bizim içimizdən başlanan yolun
Yoxuşlar yorası dizimiz olsa,
Son ucu Tanrının yanından keçər...
Dolanıb başına dar ağacının
Seyid Nəsiminin qanından keçər...

Ehh...sən bir bu qızın eşqinə, güllü gülüstanda gül sevdasına  bax...
Bu tale, alın yazısı,
Bu ömrün ölüm qapısı...
Gözlərim gül tamarzısı
Yıxacaq gül dərdi məni!
Mənim dərdim başqa dərdiydi, Qaraçöpün qərib oğlu.

Yazmadığım, demədiyim, haçansa göylərdən könlünə pıçıldadığım qoy ananın duaları kimi dan üzünə dediklərim olsun...
Nə haqq budu, nə bu haqdı,
Ömrü pis yaxşı toxudum.
Yozammadığım yuxudu
Dan üzünə dediklərim.
Ovudarsa bircə kəsi,
Bəsimdi bu, mənim bəsim
Mənim nəğməm Qu nəğməsi
Dan üzünə dediklərim...
Vaxt gələcək,vaxta nə var...
60 yaşın gəmisi sahilə yan alanda mən də öz qu nəğməlirimi Ananın dan üzünə dediyi dualar kimi oxuyacam,yer üzündən, göy üzündən süzülüb gələn o nəgmələr çisginli bir yaz gecəsində qarşına çıxacaq. Çıxacaq, oğlan, çıxacaq...Və dünya durulub dönüb SƏN olacaq. Səndəki Məni tapmış kimi sevinib, oxuyacam İsaq-Musaq quşları kimi. Çin olacaq dualarımız. Nəğməmin bitməsini istəməyəcəksən, Ruh göylərdə, can Sevgisinə (Tanrısına) qovuşanda Eşqdən cezv olur İnsan...Göylərdən yerə enmək qorxusu yaşayırsan...Hardansa,hardansa səni səsləyirlər...

Arxadan yenə səs gəlir
Səndən ayrılalı köçəri quşam,
Düşüb sorağına elə uçmuşam...
...Dayan, alagözlüm,deyən çaşmışam?!
Bağışla, sən Allah, huş o huş deyil...
Ehh... bax burda əl üzülür Tanrıdan. Qopub göy üzündən yerə düşürsən və deyirsən, deyinirsən --
Vaxt olub ki,qəlbi qəhər,
Gözlərimi yaş götürüb.
Qaçacağam əvvəl-axır,
Mən özümdən baş götürüb!
Bu yol gedir...
Gedir elə!
Bu yollarnan kimdi gələn?
a-Ana, məni bir silkələ...
a-Ana, məni huş götürüb!!!

Deyəsən məni də bu ilğımda huş götürdü axı. Ayılanda gördüm ki, bir nəğmə alınıb - Xəqani Qayıblının 60 yaşına Çiçəyin nəğməsi...
Nəğmənin sözləri Xəqani Qayıblının
Bəstəsi–Çiçək Mahmudqızının olsun.
60 yaşın da güllü-çiçəkli olsun, Qaraçöpün qərib oğlu.

Çiçək Mahmudqızı.
Gəncə -2024.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar