Xəbər lenti
Günü sabah başlaya biləcək 10 dəhşətli - Müharibə
Bəşər tarixi heç vaxt müharibələrsiz ötüşə bilməyib. İnsanlar inkişaf edir, yeni texnologiyalar hazırlayır, inanılmaz yeniliklər kəşf edir, lakin bununla yanaşı, hələ də bir-birini məhv etməyi dayandırmır. Skeptiklər əmindir ki, müasir dünyamız müharibə astanasındadır.
Axar.az yaxın gələcəkdə baş verəcək potensial 10 müharibənin siyahısını təqdim edir.
1. Çin–Rusiya: Sibir müharibəsi
Bu fövqəldövlətlərdən biri öz durğunluq dövrünü yaşayır. Digəri isə bütün dünyanı fəth etməyə hazırdır. Rusiya və Çin Ural dağları və Şərqdəki ən böyük oyunçulardır. Hər iki ölkənin böyük ordusu, hər ikisinin nüvə silahı var. Sibir uzun müddətdir ki, Çinin maraq dairəsindədir.
Pekin artıq bu gün Sibirin şərq hissəsi ilə – etnik çinlilərin yaşadığı ərazilərlə bağlı tarixi tələblərini bildirir. Bu isə Rusiya Federasiyası üçün böyük problemdir.
Bu iki böyük dövlətin baş-başa gəlməsi və yeni bir müharibəyə start verməsi an məsələsidir.
2. Baltik müharibəsi
Son vaxtlar Avropanı Rusiya Federasiyası ilə mümkün müharibə ehtimalı narahat etməyə başlayıb. NATO–nun keçmiş komandan müavini Aleksandr Riçard Şirreffanın sözlərinə görə, bu, tamamilə mümkün ola biləcək bir ssenaridir.
Britaniyalı generalın fikrincə, artıq 2017-ci ilin may ayında Moskva Ukrayna ərazisindən Rusiya ilə Krımı birləşdirən yerüstü dəhliz açacaq, sonra isə bir və ya bir neçə Baltikyanı ölkəni işğal edəcək.
Çünki Estoniya, Latviya və Litva NATO-nun üzvüdür, bu, Rusiya ilə Qərbin müharibəsinə gətirib çıxara bilər.
3. Şimali Koreya baharı
Yüksək rütbəli Şimali Koreya diplomatı bu yay Londonda Cənubi Koreya tərəfinə keçdi.
Bu, Kim Çenin insidentli idarəçiliyinin qırılan zəncirlərinin sonuncusu idi. Artıq onun gücü qalmayıb.
Vətəndaşlar ucuz smartfonlar vasitəsilə bütün dünyada nələr baş verdiyindən agah olur. Bütün bunlar Koreya Xalq Demokratik Respublikasında inqilaba səbəb ola bilər.
4. İŞİD-in Avropada partizan müharibəsi
Hava zərbələri, iqtisadi böhran və beynəlxalq koalisiya dövlətlərinin hücumları nəticəsində İŞİD terror qruplaşması öz gücünü itirib. Amma terrorçuların bununla barışacağını gözləmək olmaz.
Böyük ehtimal ki, cihadçılar öz terrorçu-kamikadze üzvləri ilə Avropada partizan müharibəsinə başlayacaq.
5. Venesuelada vətəndaş müharibəsi
Karakas küçələrində qanunsuzluq, özbaşınalıq hökm sürür. İnflyasiya 500 faizdən çoxdur və tezliklə 1600 faizə çata bilər.
Hazırda Venesuelada polis qəddarlığı, zorakılıq, korrupsiya, vətəndaş etirazları artıq normaya çevrilib.
Maduro istefaya getmək istəmir. Vətəndaşlar tezliklə silaha sarıla və vətəndaş müharibəsinə start verə bilər.
6. Çində ikinci mədəni inqilab
Maonun dövründə baş verən mədəni inqilab olduqca qəddarcasına idi, 1,5 milyon insanın ölümünə gətirib çıxarmışdı.
Maonun hakimiyyətə gəlməyinin özü 7 milyon insanın ölümünə səbəb olmuşdu.
İndi ölkənin inkişafına baxmayaraq, hər gün Çində 500-ə yaxın etiraz təşkil olunur, hər il təxminən 100 min qiyam baş qaldırır.
İkinci mədəni inqilab gözləniləndir.
7. Bosniya N:2
1990-ci illərdə dünya qorxu içində Bosniyanın necə dağılmasını müşahidə edirdi. Etnik təmizləmə zamanı təxminən 100 000 mülki şəxs həlak oldu.
Nəticədə 1995-ci ildə ölkə daxilində 2 dövlət yaradıldı: Bosniya və Serbiya. Lakin indi görünür ki, bu yeni quruluş da stabil deyil.
Bosniyada yenidən vətəndaş müharibəsi qızışa bilər.
8. Səudiyyə Ərəbistanında inqilab
Ərəb baharı çox “yüngül” keçdi. Tunisdə, Misirdəki diktatorlar devrildi. Liviya və Suriyada müharibə başladı. Lakin Səudiyyə Ərəbistanı öz hakimiyyətini qoruyub saxlaya bildi. Hələlik. Artıq xalq partlamağa hazır bomba kimidir. Neftin qiymətinin aşağı düşməsi ölkədə çaşqınlıq yaradıb.
Səudiyyədə inqilab gözləniləndir.
9. Hindistan–Pakistan nüvə müharibəsi
2008-ci ilin qışında bütün dünya Pakistanla Hindistan arasında nüvə müharibəsi başlayacaq deyə, qorxuya düşmüşdü. Son anda diplomatlar danışıqlar yolu ilə vəziyyəti sabitləşdirdi.
Lakin iki ölkə arasındakı münasibətlər hələ də gərgin olaraq qalır. Əgər bu dəfə sözügedən bu iki ölkə toqquşsa, bu, dünyanın sonu olacaq.
10. Cənubi Çin dənizi və ya Üçüncü Dünya müharibəsi
Hindistanın və Pakistanın müharibəsindən daha dəhşətli ola biləcək tək müharibə ABŞ və Çin müharibəsidir.
Hazırda Cənubi Çin dənizi Üçüncü Dünya müharibəsinin katalizatoru kimi görünür.
Son illərdə Çin dəniz məkanında öz ərazilərini genişlənirməyə çalışır. Bu, çox böyük qarşıdurmaya gətirib çıxa bilər – dünyanın sonuna.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar