Xəbər lenti
"ATƏT müşahidəçisinin qeyd etdiyi kimi Kəlbəcərdə seçici fəallığı yüksək idi" - Aqil Məmmədov

Manevr.az bildirir ki, ATƏT Mişahidə Missiyası rəhbərinin məlum bəyanatı ilə bağlı fikirlərini Turkustan.az-a açıqlayan Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib ki, ölkənin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmuşdu: “Seçki təşviqat-təbliğat kampaniyası dövründə rayon ərazində təşviqat lövhələri quraşdırılmışdı. Seçicilərin namizədlərin fotoşəkilləri ilə tanış olmaq imkanı vardı. Kəlbəcər şəhərində təşkil edilən 2 məntəqədə 1478 seçici qeydiyyatda idi. Müşahidə Missiyasının rəhbərinin də qeyd etdiyi kimi Kəlbəcər şəhərində seçici fəallığı yüksək idi. Biz bunu oradan göndərilən video və fotolarda da gördük”.
Millət vəkili bildirib ki, hər zaman olduğu kimi kəlbəcərlilər yekdilliklə bu seçkidə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verib: “Bu seçki həm də bir təşəkkür seçkisi idi. Azərbaycan xalqı, o cümlədən, kəlbəcərlilər 30 iş işğal altında qalan torpaqlarımızı azadlığa qovuşduran qalib Ali Baş Komandana səs verdi”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar