Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanı yalnız belə sərt cavabla susdurmaq olar

Tarix: 14-02-2024 18:33     Baxış: 3134 A- / A+





Azərbaycan mövqeləri istiqamətində atəş maksimum dərəcədə zərər vermək niyyəti ilə dəqiqliklə həyata keçirilmişdi. Eyni zamanda, belə suallar ortaya çıxır: Avropa müşahidə missiyasının müşahidəçiləri harada idilər və onlar niyə Ermənistan tərəfinin cinayət əməllərini qeydə almayıblar?
Manevr.az Report-a istinadən xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, Ermənistan tərəfdə təxribatlarla məşğul olanları yalnız belə sərt cavabla susdurmaq olar:
“Baş verənlər bir daha sübut edir ki, Avropa Birliyinin (AB) Ermənistandakı missiyası ilk növbədə İrəvanın maraqlarına xidmət edir və belə hücumlar zamanı heç nə görmür, eşitmir. Bu şərtlər daxilində Azərbaycanın cavabı legitimdir və beynəlxalq hüququn məntiqinə tam uyğundur”.
Onun sözlərinə görə, Ermənistan tərəfinin məqsədi Azərbaycanı genişmiqyaslı qarşıdurmaya sürükləmək və daha sonra AB müşahidəçilərinə baş verən hər şeydə Azərbaycanı günahlandırmaq imkanı vermək idi:
“Lakin Azərbaycan tərəfi yaranmış vəziyyətə düzgün reaksiya verib. Yəni insidentin miqyasını artırmadan düşmənin mövqeyi dəqiqliklə atəşə tutulub”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar