Xəbər lenti
Hava PROQNOZU - Qar yağacaq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Fevralın 16-17-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 16-sı səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, 17-də isə ayrı-ayrı yerlərdə qısamüddətli sulu qar və qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında fevralın 18-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 15-də gündüz əksər rayonlarda yağıntıda qısamüddətli fasilə olacaq.
Şərq küləyi fevralın 16-17-də arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































