Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: Ermənistan Aİ missiyasının arxasında gizlənərək çirkin niyyətlərini reallaşdırmağa çalışır

Tarix: 13-02-2024 19:30     Baxış: 3138 A- / A+
Deputat: Ermənistan Aİ missiyasının arxasında gizlənərək çirkin niyyətlərini reallaşdırmağa çalışır
Ermənistan Avropa İttifaqının (Aİ) missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.
Manevr.az bildirir ki, bunu apa-ya açıqlamasında deputat Aqil Məmmədovdeyib.
Deputat bildirib ki, sərhəddə baş verən son hadisələr Ermənistan hakimiyyətinin sülhsevər maskasını yırtır: "Bununla Ermənistanın saxtakarlığı bir daha sübut olundu. Bu hadisə bir daha göstərdi ki, Ermənistan bölgədə sülh, normallaşma tərəfdarı kimi çıxış etmək istəmir, üçüncü tərəflərin maşası kimi qalmaq niyyətindədir. Görünür ABŞ və Fransa Azərbaycanı yenidən müharibəyə təhrik etmək istəyirlər. Bunun üçün də Ermənistandan istifadə edirlər. Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayır. Bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər. Bu da Qərb siyasətinin bir parçasıdır”.

Deputat diqqətə çatdırıb ki, belə bir təxribatın baş verməsi danışıqların perspektivi, sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülhün bərqərar olunması, regional əməkdaşlığın reallaşması üçün təhdiddir:
“Sərhədçinin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır. Baş vermiş hadisə sülh prosesinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ciddi zərbədir. Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Ermənistan bu sabitliyi növbəti dəfə pozdu. Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir, bu reallıq çoxsaylı ekspertlər tərəfindən qeyd olunurdu. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür. Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, "binokl diplomatiyası", ABŞ instruktorlarının Ermənistanda çalışması, Çexiya casusunun saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanması kimi şərh edildi. Mediada Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı xəbərdarlığı getmişdi. Nəticə özünü çox gözlətmədi və artıq göz qarşısındadır. Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi planlaşdırılmış haldır və bugünkü hadisə də bu planın tərkib hissəsidir. Ermənistan baş nazirii Paşinyanın zərurət olmadan “The Telegtaph” nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa, Hindistan və hansısa fövqəlgüc ölkədən silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığına dəlalət edən faktordur. Amma Ermənistan, erməni rəsmiləri, eləcə də aranı qatmaq istəyən üçüncü qüvvələr unutmasın ki, Dəmir Yumruq yerindədir. Bu kimi təxribatlar onsuz da döyüş qabiliyyətini itirmiş Ermənistan ordusu üçün yaxşı heç nə vəd etmir”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar