Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxın kəndləri ilə bağlı düyməyə basıldı: Hərbi müdaxilə...

Tarix: 13-02-2024 18:20     Baxış: 3136 A- / A+
Rusiya tərəfi sülhməramlıların Azərbaycanla əldə ediləcək razılığa əsasən burada qalıb-qalmayacağını bildirib. Eyni zamanda sülhməramlıların fəaliyyət istiqamətlərinin dəyişməsi ilə bağlı da iddialar səslənib. Bu yanaşmaların hansı məntiqə uyğun olub-olmadığı prosesin gedişində aydınlaşacaq. Çox güman ki, üçtərəfli 10 noyabr 2020-ci il razılaşmasında müəyyənləşmiş vaxta qədər sülhməramlılar ərazidə qalacaq.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
“Bu vaxt bitdikdən sonra sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması təmin olunacaq. Çünki onların burada qalması üçün heç bir səbəb yoxdur. Artıq sülh üçün əsaslar var. Azərbaycanlıları qorumaq üçün isə rus ordusunun dəstəyi lazım deyil. Ona görə də, ikitərəfli razılaşma əsasında rus sülhməramlıları Azərbaycan ərazisini mütləq tərk etməlidir”, - deyə o qeyd edib.
Millət vəkili Avropa İttifaqının Ermənistandakı “missiyası”nın təxribat xarakterli addımlarına da münasibət bildirib:
“Bu “missiyanın” məqsədi yenidən tərəflər arasında gərginliyin yaranmasına xidmət edir. Belə “qərarlar”ın qəbulunda Fransa əsas rolda çıxış edir. Erməni icmasının təzyiqi ilə Fransa yenidən bölgədə gərginliyin, revanşizmin alovlanmasına çalışır. Sözsüz ki, bu yanaşma beynəlxalq hüquq normalarına ziddir”.
Asim Mollazadə Ermənistanın baş naziri Nikol Paşinyanın sülhlə bağlı açıqlamalarının mənasız olduğunu söyləyib:

“Bu kimi açıqlamaları Paşinyan çox verib. Ona görə də, onun mövqeyinə Ermənistanda, dünyada inanan qalmayıb. O, konkret addım atmalıdır. Bu istiqamətdə mənasız açıqlamalara ehtiyac yoxdur”.
Deputat hazırda Ermənistan tərəfindən Azərbaycanın 8 kəndinin işğalda saxlanılması faktına diqqət çəkib:
“Qazaxın anklav olmayan 4 kəndinin boşaldılması ilə bağlı Ermənistana çağırış edilmişdi. Təbii ki, hərbi müdaxiləyə ehtiyac olmadan bu kəndlərin qaytarılması mümkün ola bilər. Qarşı tərəf siyasi yollarla buna məcbur ediləcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar