Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev İrakli Kobaxidzeni təbrik edib

Tarix: 10-02-2024 20:02     Baxış: 4225 A- / A+


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Gürcüstanın Baş nazirinə ünvanlandığı məktubda qeyd edib: "Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.

Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir".
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar