Xəbər lenti
“Nitqimizdəki qüsurlar və onların aradan qaldırılması yolları” mövzusuna həsr edilən məşğələ keçirilib -ŞƏKİLLƏR
Əvvəlcə dərnək üzvləri ilə nitqimizdə rast gəlinən qüsurlarla bağlı sorğu keçirildi. Şagirdlər daha çox rast gəldikləri qüsurları səsləndirdilər və onları narahat edən məsələlərdən danışdılar. Layihə rəhbəri Ziyəddin Mövlamov sorğunu ümumiləşdirərək əksər uşaqlar üçün xarakterik olan nitq qüsurları və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi. O, az bir zaman kəsiyində nitqimizdə nəzərə çarpacaq qədər dəyişikliklərə nail olmağın mümkünlüyübarədə danışdı və“ç”, “c” hərflərinin tələffüzündə rast gəlinən problemlərin həlli yollarını açıqladı.Layihənin təlimçisi Adil İskəndərov şagirdləri maraqlandıran sualları cavablandırdı. Geniş diskussiya şəraitində keçən təlimin sonunda “Diksiya Akademiyası”nın təsisçisi, nitq təlimçisi Cəlalə Nəzəroğlunun mövzu ilə bağlı təqdim etdiyi video-çarxlar nümayiş etdirildi.
#EduAz#VIIQrantMüsabiqəsi#GrantsEduAz

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































