Xəbər lenti
Günün qoroskopu : səmimi olun

QOÇ - Ulduzların düzümü bu tarixdə xeyli işləyəcəyinizdən xəbər verir. Lakin buna görə usanmağınız əbəsdir. Çünki əziyyətinizin bəhrəsini mütləq görəcəksiniz. Həvəsiniz olsa, axşam qonaq gedin.
BUĞA - Əgər işləyirsinizsə, müəyyən mübahisələrlə rastlaşma ehtimalınız var. Bunu nəzərə alıb rəhbərliklə, eləcə də həmkarlarınızla mübahisələrdən yayının. Sərt mövqe nümayiş etdirməkdənsə, təmkinli olun.
ƏKİZLƏR - Təzə xəbərlər yolunuzu gözləyir. Bu, daha çox yeni iş təklifləri və ya fəaliyyətdə sıçrayışlarla bağlı gözləntilərdir. Günün ikinci yarısında ürəyinizcə olan hadisələrlə rastlaşacaqsınız.
XƏRÇƏNG - Əsəblərinizi gərginləşdirə bilən olaylara həvəs göstərməyin. Bütün umu-küsüləri bir tərəfə atıb reallığa uyğun hərəkət edin. Əsasən də ailə-sevgi münasibətlərinə diqqət ayırın.
ŞİR - Kənar məsləhətlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, ciddi qərarları yalnız ürəyinizin səsinə uyğun verəsiniz. Ümidsizlikdən uzaq olun.
QIZ - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər şəxsi büdcənizdə, istərsə də fəaliyyət zəminində uğurlarınız artacaq. Təşəbbüskarlığı mümkün qədər əldə saxlayın.
TƏRƏZİ - Sevgi münasibətlərini tənzimləmək üçün aktivliyinizi artırın. Daxili narahatçılığınızı aradan qaldırmaq istəyirsinizsə, qarşı tərəfə güzəştə gedin. Uzaq yola çıxmağa dəyər.
ƏQRƏB - Perspektivli görüşlərdə iştirak etmək üçün ulduzlar sizə yardımçı olacaqlar. Aldığınız təkliflər gələcək həyatınızda təkan rolunu oynayacaq. Odur ki, gün boyu aktivliyinizi artırmalısınız.
OXATAN - Göy qübbəsi bu təqvimi bütünlüklə sevgiyə həsr etməyinizi məsləhət görür. Yersiz qısqanclığa yol verməyin. Səmimi olun ki, rəğbət qazanasınız. Nahar ərəfəsində sürprizlər mümkündür.
OĞLAQ - Daxili sıxıntılarınızın artdığı bir ərəfədə mübahisəli situasiyalara meyl etməyin. Ümumiyyətlə, bu gün vaxtınızın çox hissəsini mənzil şəraitində keçirməyiniz məsləhətdir.
SUTÖKƏN - Yaxşı olar ki, bu gün fəaliyyətə bir qədər ara verəsiniz. Vaxtınızı daha çox əyləncə və səyahətlərə sərf edin. Axşama yaxın səhhətinizin qayğısına qalın. Ailə üzvlərinizlə mehriban davranın.
BALIQLAR - Ətrafınızda olan insanlarla mehriban ünsiyyət yaradın ki, çətinə-dara düşəndə dəstək almağa yeriniz olsun. İşlə bağlı atacağınız addımları dəfələrlə götür-qoy edin. Daha səmimi olun.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































