Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından altı il ötür

Tarix: 09-02-2024 20:16     Baxış: 486 A- / A+
 Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasının altıilliyi münasibətilə tədbir keçirilib.
 Manevr.az xəbər verir ki, Aİİ rektoru dosent Aqil Şirinov öncə kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin altıilliyi münasibətilə təbrik edib. A.Şirinov bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti onun layiqli davamçısı – Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də diqqət və qayğının bariz nümunəsi olaraq, cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını göstərə bilərik. Aİİ rektoru İnstitutun əldə etdiyi nailiyyətlərdən bəhs edərkən bildirib ki, ali təhsil müəssisəsinin yarandıqdan sonra apardığı tədris, təşkil etdiyi respublikadaxili və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsinə töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi İnstitutun Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olub. A.Şirinov vurğulayıb ki, Aİİ dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin dini mühitini nəzərə alan, dünyəvilik, müasirlik təfəkkürünü özündə birləşdirən ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin yüksəkixtisaslı peşəkar kadr kimi yetişməsinin vacibliyinə diqqət çəkən rektor qeyd edib ki, İnstitutun məzunları, artıq ölkəmizin bir sıra bölgələrində imam, imam müavini və dini ayinlərin icraçısı vəzifələrində çalışırlar. Aİİ rektoru İnstitutun fəaliyyətində göstərdikləri dəstəyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Mənəvi Dəyərlərin Təbliği Fonduna, Qafqaz Müsəlmanları İdarəsinə dərin minnətdarlığını bildirib. Sonda Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov və Elm və innovasiyalar üzrə prorektoru dosent Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin uğurunun bütün kollektivin uğuru olduğunu bildirərək, kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin yaradılmasının altı ili münasibətilə təbrik ediblər.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar