Xəbər lenti
Naxçıvanda DTX-nın Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib.
Manevr.az xəbər verir ki, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib. Naxçıvan Muxtar Respublikası DTX-nin rəisi, general-mayor Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib. Ali Məclisin sədri açılışı bildirən lenti kəsib, şəxsi heyəti salamlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinə alınan yeni texniki avadanlıqlara baxıb.
İnzibati binaya baxış zamanı qeyd olunub ki, iki mərtəbədən ibarət olan binada xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb, iş otaqları müvafiq avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Təlim mərkəzində lazımi idman avadanlıqları və dəstləri ilə təmin olunmuş 2 idman zalı və yardımçı otaqlar istifadəyə verilib. Həyətdə də abadlıq işləri aparılıb, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































