Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Seçici fəallığı dəyişdi: İlham Əliyev nə qədər səs toplayıb?

Tarix: 09-02-2024 09:49     Baxış: 4107 A- / A+

Növbədənkənar prezident seçkilərində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi davam edir.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin xəbərinə görə, daxil olan protokollardan sonra artıq seçkilərdə seçici fəallığı və prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.

Qeyd edək ki, fevralın 8-də 125 seçki dairəsi üzrə 6 537 məntəqədən 3 561-dən (93,35 faiz) daxil olan nəticələrə əsasən, seçici fəallığı 76,73 faiz olub. İlkin nəticələrə əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimi olub:

- İlham Əliyev – 92,05 faiz;

- Zahid Oruc - 2,19 faiz;

- Fazil Mustafa - 2 faiz;

- Qüdrət Həsənquliyev - 1,76 faiz;

- Razi Nurullayev - 0,8 faiz;

- Elşad Musayev - 0,67 faiz;
- Fuad Əliyev - 0,53 faiz.

Hazırda dairələrdən daxil olan daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. Namizədlərin topladığı səslər isə aşağıdakı kimidir:

- İlham Əliyev – 92,12 faiz (4 577 693 səs) ;

- Zahid Oruc - 2,17 faiz (107 877 səs);

- Fazil Mustafa – 1,98 faiz (98 623 səs);

- Qüdrət Həsənquliyev - 1,72 faiz (85 607 səs);

- Razi Nurullayev - 0,80 faiz (39 797 səs);

- Elşad Musayev - 0,66 faiz (32 956 səs);

- Fuad Əliyev - 0,53 faiz (26 561 səs).

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyaları tərəfindən seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu proses fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.apa

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar