Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda 13 əsgər intihar etdi

Tarix: 03-06-2017 07:25     Baxış: 4395 A- / A+
Ermənistanda 13 əsgər intihar etdi


Xəbər verdiyimiz kimi, Ermənistanda daha bir hərbçi intihar edib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, Ermənistanda nəşr olunan “Lragir” qəzeti belə halların hərbi hissələrdə tez-tez baş verdiyini yazır. Son dörd ayda işğalçı ölkədə 13 hərbçinin intihar etdiyi deyilir. Bildirilir ki, bu faktlar mətbuata sızmasa heç kimin hərbi hissələrdəki vəziyyətdən xəbəri olmayacaq. Çünki bu ölkənin Müdafiə Nazirliyi ciddi cəhdlə belə halları cəmiyyətdən gizli saxlamağa çalışır. Hətta mətbuata hərbi hissələrdə baş verən intihar və qətllər haqqında yazmaq qadağası qoyulub.

Müstəqil ekspert Artun Saakyan cəmiyyəti ordudakı çatışmazlıqlara göz yummamağa çağırıb. QHT fəalları da hərbçilər arasında intihar və ölüm hallarının rəsmi rəqəmlərdən dəfələrlə çox olduğunu açıqlayıb. Məlumata görə, əksər hallarda hərbi hissə komandirləri ailələri aldadırlar. Ailələr oğullarının özünə qəsd etmələrinə inanmırlar. Hərbi komissarlıq əsgərlərin intihar etdiklərini desə də sonradan ortaya başqa faktlar çıxır. Əksər hallarda əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən öldürüldüyü məlum olur. Belə hallarla bağlı indiyədək heç bir hərbçi cinayət məsuliyyətinə cəlb edilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar