Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

QAİ-dən Marukyanın seçkilərlə bağlı sözlərinə reaksiya

Tarix: 07-02-2024 19:58     Baxış: 4158 A- / A+



Qərbi Azərbaycan İcması bəyanat yayıb Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyanın Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqlaması barədə bəyanat yayıb.
İcmadan verilən məlumata görə bəyanatda qeyd olunur:
"Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlama vermişdir.
Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni şəkildə Xankəndi adlandırılmasına irad tutmağa çalışan Ermənistan rəsmisi öz ölkəsinin ərazisində ədalətsizcəsinə dəyişdirilmiş, yüzlərlə Azərbaycan toponiminin bərpası haqqında danışmalıdır.
Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham etməyə çalışan Marukyanın diqqətinə çatdırmaq istərdik ki, əsl etnik təmizləməni Ermənistan hökuməti Göyçədə, Zəngəzurda, Dərələyəzdə, İrəvanda və digər yerlərdə edib.
Qərbi Azərbaycan İcması tarixi ədalətin tam bərqərar olacağına - Ermənistandan qovulmuş azərbaycanlıların dinc şəkildə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inanır.
Yalandan tez-tez sülhdən danışan Ermənistan hakimiyyəti Vardan Oskanyan, Arman Tatoyan, Artak Beqlaryan ağlında olan E.Marukyan kimi "diplomatlar"ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoymalı və Qərbi azərbaycanlıların qayıdışlarına şərait yaratmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar