Xəbər lenti
Nadir İsrafilov: Bu seçkinin nəticələri azad edilmiş torpaqlarımızda təhsilimizi daha da canlandıracaq
Bu gün keçirilən növbədənkənar prezident seçkilərinə daha coşqulu, daha çox sevinc əhvali-ruhiyyəsi ilə gedirik. Başqa cür ola da bilməz.
Manevr.az bildirir ki, Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov söyləyib. O bildirib ki, bu seçki digər seçkilərdən fərqlənən, tarixi seçkidir, suverenliyimizin tam bərpa olunmuş, bütün ölkə ərazisində keçirilən tam bir fərqli seçkidir. Heç də əbəs deyil ki, bu seçkilər zəfər seçkiləri adlandırılıb.
“Uzun illik pedaqoji təcrübəyə malik bir təhsil işçisi kimi bu seçki hələ uzun illər mənim yaddaşımda hərbi-siyasi qələbəmizlə yanaşı, həm də düşmən tapdağından azad olmuş torpaqlarımızda təhsilimizin uğuru kimi qalacaq. Bu, bir daha sübut etdi ki, ən ağır və çətin günlərimizdə belə təhsil dövlət siyasətinin ən prioritet sahələrindən biri olub və olmaqda qalır. Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam, digər çoxsaylı infrastruktur layihələri belə bir qənaətə gəlməyə əsas verir.
Tam qətiyyət və əminliklə bildirmək istəyirəm ki, müdrik və uzaqgörən xalqımızın böyük əksəriyyəti bu dəfə də öz doğru və düzgün seçimini edəcək, haqqın, ədalətin, təntənəsinə səs verəcək. Mən dövlətimizin xalqın birliyini, milli maraqlarını təcəssüm etdirən siyasətini dəstəkləyirəm və buna səs verirəm”, - deyə Nadir İsrafilov fikrini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar