Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident seçkiləri yüksək seçici fəallığı fonunda baş tutacaq – Millət vəkili

Tarix: 05-02-2024 10:44     Baxış: 4270 A- / A+


Azərbaycanda demokratik, azad şəffaf seçki mühiti mövcuddur. Ölkəmizin özünün zəngin seçki ənənələri var. Xalqımız öz istək və arzularını hər zaman sərbəst, heç bir maneə ilə üzləşmədən ifadə edə bilir. Hakimiyyətin mənbəyi kimi xalqın iradəsi bu gün ölkəmizdə ən yüksək səviyyədə təmin edilib. Bu ilin fevralın 7-də baş tutacaq seçki prosesində də Azərbaycan xalqı özünün iradəsinə uyğun seçim edəcək.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq birliyin layiqli üzvü kimi ölkəmizdə bütün sahələrdə açıq cəmiyyət institutlarının fəaliyyətinə tam şəffaf şərait yaradılıb: “Ölkəmizdə müxtəlif sosial qruplar, qeyri-hökumət təşkilatları mövcuddur. Bu təsisatlar cəmiyyətin ayrı-ayrı təbəqələrinin mövqelərini ifadə etmək baxımından vacib amildir. Sözsüz ki, inkişafda olan Azərbaycan cəmiyyəti yeni çağırışlara adekvatdır. Cəmiyyətin istək və arzularının ifadəsi kimi də başlıca amil olaraq seçkili orqanlar formalaşır. Məhz bu kontekstdə Azərbaycanda tam şəffaf, demokratik seçki mühiti mövcuddur”.
Deputat hesab edir ki, bu il Azərbaycanda keçiriləcək seçki prosesi tamam fərqli bir rakursda baş tutacaq: “Ölkəmizn 30 ilə yaxın pozulmuş fundamental hüquqları bərpa edilib. Azərbaycan beynəlxalq birliyin ən layiqli üzvü kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməklə Ermənistanın işğal faktına son qoyub. Separatizm ləğv edilib. Ölkə üzərində Konstitusiya quruluşu tam bərqərar olunub. Bu baxımdan da 7 fevral növbədənkənar prezident seçkiləri müstəqilliyimiz bərpa edildikdən sonra ilk dəfədir ki, bütün ölkə ərazisində baş tutacaq”.
Millət vəkili bildirib ki, Azərbaycanda mövcud olan seçki qanunvericiliyinə uyğun olaraq prosesin qaydalara uyğun həyata keçirilməsi beynəlxalq birliyin də diqqət mərkəzindədir. “ATƏT-in seçkiləri müşahidə edəcək missiyası ölkəmizdə bu prosesi izləyəcək. Daima özünün qərəzli mövqeyi ilə seçilən AŞPA isə prosesdən kənarda qalıb. Bu sözsüz ki, beynəlxalq təşkilatın Azərbaycana qarşı tutmuş olduğu ədalətsiz mövqe ilə bağlıdır. Açıq, qərəzli münasibət sərgiləyən AŞPA-nın seçkilərə dair necə yanaşma sərgiləyəcəyi də heç kəsdə şübhə doğurmurdu”.
Aqil Məmmədov 7 fevral prezident seçkilərinin seçici fəallığı fonunda baş tutacağına əminliyini ifadə edib: “Azərbaycan xalqı artıq yeni bir mərhələnin başlanğıcındadır. Qalib, güclü Azərbaycanın daha möhkəm və işıqlı gələcək naminə cəmiyyətin öz iradəsini ifadə edəcəyi şübhəsizdir. II Qarabağ müharibəsində olduğu kimi ölkəmizin bundan sonrakı inkişaf konsepsiyasında cəmiyyətin birmənalı olaraq birlik nümayiş etdirərək aydın gələcəyə səs verəcəyinə əminlik mövcuddur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar