Xəbər lenti
Tanınmşı şairin ömür-gün yoldaşı Prezidentə məktub yazdı: "Sizi dəstəkləyirik!"
Azərbaycan Respublikasının prezidenti,
Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdəmiz İlham Əliyev cənablarına
Hörmətli və əziz Prezidentimiz!
Sizi ilk növbədə nəğməkar şair Dəmir Gədəbəyli ailəsi adından salamlayır, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edirik. Sizlərə sağlıq, ölkəmizin inkişafında və müstəqilliyimizin qorunması yolunda gördüyünüz işlərdə hər zaman uğurlar arzulayırıq. Sizin güclü iradəniz sayəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında, reallığa çevrildi. Bu gün işğaldan azad olunan ərazilərimiz yenidən qurulur. Sözün əsl mənasında, Qarabağımız və Şərqi Zəngəzur bir tikinti meydançasına çevrilib. Bu tarixi sevinci bizim ailə tam fərqli qarşıladı. Cənab prezident, işğaldan azad olunan ərazilərimizə bir neçə dəfə Dəmir Gədəbəylinin sözlərinə Elza İbrahimova tərəfindən bəstələnmiş “Ey Vətən” adlı musiqiylə səfərə çıxmağınız, Əzizimiz Mehriban xanımın sizin bu tarixi səfərlərinizi lentin yaddaşına köçürməyi, bizim ailədə ikiqat bayram sevinci oldu.
Dəmir Gədəbəyli Ulu Öndəri sevən şair idi. Ulu Öndər Naxçıvana gələndə, o ağır illərdə Naxçıvana gedərək öz imkanlarından istifadə edib, bir neçə maşından ibarət yardımlar aparmış, Naxçıvanda Ulu Öndəri ziyarət etmişdir. Ulu Öndərimiz Dəmir müəllimi yaxşı qarşılamış, hətta belə bir söz demişdir: “Dəmir, kaş ki, bəzi kişilər sənin kimi qədirbilən, anlayan olardı”. Şair Ulu Öndərimizlə olan bu tarixi görüşü hər zaman xatırlayar, kövrələrdi. Ulu Öndərimizin vəfatından sonra Dəmir Gədəbəyli “Xalqın Heydər babası” adlı bir kitab da nəşr etdirdi. Həmçinin, xalqımızın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyevaya “Ellərin əziz qızı” adlı kitab həsr etmişdir.
Şairin, ümumilikdə, 53-dən artıq kitabı nəşr olunub, sözlərinə 200-dən çox mahnı bəstələnib. Demək olar, hər gün Dəmir Gədəbəylinin nəğmələri müxtəlif sənətçilər tərəfindən radio və televiziyalarda səsləndirilir. Dəmir Gədəbəyli Sizin, gücünüzə, siyasi iradənizə çox inanırdı. Ailəsi olaraq bizimlə belə bir əhd bağlayıb: “Prezidentimiz İlham Əliyev gec- tez torpaqlarımızı işğaldan azad edəcək. Ola bilər, mən o günləri görməsəm, Qarabağ işğaldan azad olunandan sonra gedib Şuşada qurban kəsərsiniz!” Siz Dəmir Gədəbəylinin “Ey Vətən”ini Qarabağımızda səsləndirməklə onun da ruhunu şad etmiş oldunuz. Buna görə, sizə xüsusi təşəkkür edirik. Cənab Prezident, 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyir, Azərbaycanın gələcəyi üçün planlaşdırdığınız bundan sonrakı bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə; Nəğməkar şair Dəmir Gədəbəylinin ailəsi adından,
şairin ömür-gün yoldaşı Ruxsarə Novruzova.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar