Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xızıda ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları ilə görüş keçirilib -ŞƏKİLLƏR

Tarix: 02-02-2024 19:00     Baxış: 3106 A- / A+

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Xızı rayon  Qərərgahında ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra  cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisinin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri Fərrux Haqverdiyev, Xudayət Cabbarov və Həcər Rəsulova  çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə prezident seçkilərinin keçirilməsini şərtləndirən mühüm amillərdən olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın Vətən, torpaq sevgisindən qaynaqlanan birliyinin, həmrəyliyinin nəticəsidir. Tarixi Zəfərimizin memarı cənab İlham Əliyevə  xalqın sevgisi sonsuzdur. 
Natiqlər seçiciləri dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.       
Seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər. "İnamımız sarsılmaz, mövqeyimiz dəyişməzdir!" ,- deyə vurğulanıb.

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar