Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Azərbaycan gənci ölkə rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruğun əsasını təşkil edir

Tarix: 02-02-2024 18:50     Baxış: 4201 A- / A+

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”
Ümummilli lider Heydər Əliyev


2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. İlk olaraq ölkəmizdə və onun hüdudlarında yaşayan gənc soydaşlarımızı təbrik edir, onlara möhkəm can sağlığı arzulayıram. Müasir Azərbaycanın ictimai, siyasi və mədəni həyatında önəmli rol oynayan Azərbaycan gənci hər birimizin qürur mənbəyi, gələcəyimizin təməl daşlarıdır. Əbəs yerə deyil ki, istənilən sahədə gənclərimiz dövlətimizi layiqincə təmsil edir, bayrağımızı yüksəldir, Azərbaycanın dünyada tanınmasına mühüm töhfə verirlər. Eyni zamanda böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində gənc döyüşçülərimizin şücaəti düşmən üzərində möhtəşəm qələbəni qaçılmaz etdi. Bu yolda canından keçmiş şəhidlərimizi hörmətlə anır, onların ruhları qarşısında baş əyirəm. Bundan sonra azad Qarabağımızın inkşafında məhz gənclərimizin əməyi mütləq rol oynayacaq. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edən gənclər dövlətimizin inkişafı naminə göstərəcəkləri xidmət layiqincə yerinə yetiriləcək. Tam əminliklə söyləyə bilərik ki, Azərbaycan gənci ölkə rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruğun əsasını təşkil edir. 
Azərbaycan gənci sən xoşbəxtsən. Azərbaycan gənci sən qalibsən. Yaşasın Azərbaycan, Yaşasın Gənclik!!!

Müşfiq Məmmədli
Milli Məclisin üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar