Xəbər lenti
AMEA-nın təsis etdiyi “İlin qalib gənc alimi” mükafatı Rövşən Əhmədova təqdim olunub

Mükafatın dəyəri min beş yüz manatdır. Mükafatlandırma mərasimi AMEA Rəyasət Heyəti, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə baş tutub. Akademiyanın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru AMEA-nın müxbir üzvü Afiq Həsənov, AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və üzvləri iştirak ediblər.

İlk dəfə olaraq “İlin qalib gənc alimi” mükafatı ilə təltif olunan Milli Aviasiya Akademiyasının müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədov 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-2017-ci illərdə Milli Aviasiya Akademiyasının “Elektronika, telekommunikasiya, radiotexnika mühəndisliyi” ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə həmin Akademiyanın “Radioelektron mübarizə vasitələri” ixtisasılaşmasında magistr pilləsində təhsil alıb. 2020-ci ildə Milli Aviasiya Akademiyasında “Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları” ixtisası üzrə doktoranturaya qəbul olub. 22 sentyabr 2022-ci ildə “Yeni fiziki effektlərə əsaslanan optimal radioqəbul sistemləri” adlı dissertasiya işini müdafiə edib. 2023- cü il senytabr ayının 1-də texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Gülnar Səma Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar