Xəbər lenti
Qəbələdə seçicilərlə görüş keçirildi
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Qəbələ rayon Zarağan-2 qəsəbəsində yaşayan Kəlbəcərli sakinlərlə görüş keçirilib.
Manevr.az-ın məlumatına görə, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Təbliğat-təşviqat qrupun üzvü Namiq Rəcəbov, Şəhid ailələri, qazilər, Kəlbəcərli sakinlər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.
Görüşdə ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə etdiyini bildirib, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarının da məhz Ali Baş Komandan İlham Əliyev olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Natiqlər seçiciləri Zəfər seçkisi kimi dəyərləndirilən prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər bildirdilər ki, qarşıdan gələn prezident seçkilərində haqq-ədalətə, suveren Azərbaycanın xoş-firavan gələcəyinə, cənab İlham Əliyevə səs verəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar