Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

77 yaşlı Valeh Ələsgərov vəzifəsindən gedir?

Tarix: 31-01-2024 11:55     Baxış: 3146 A- / A+

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2018-ci ilin sentyabrında imzaladığı Fərmana dəyişiklik edib.

Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupa rəhbər təyin edilib. İndiyə qədər İşçi Qrupa Milli Məclis sədrinin keçmiş müavini Valeh Ələsgərov rəhbərlik edirdi. V. Ələsgərov İşçi Qrupda üzv kimi qalmaqdadır. İşçi Qrupun tərkibinə edilən dəyişikliklərdən sonra üzvlərin sayı 14-dən 18-ə çatdırılıb.

Manevr.az
Musavat.com-a istinadən xəbər verir ki, bu dəyişiklik V. Ələsgərovun tezliklə İdarə Heyətinin sədrliyindən uzaqlaşdırılacağı haqda iddialara səbəb olub. 1944-cü ildə anadan olan V.Ələsgərovun artıq 77 yaşı var. Bu isə o deməkdir ki, seçkidən sonra V. Ələsgərov da yola salınır və bu dəyişiklik onun anonsudur.

Adının çəkilməsini istəməyən ekspertin dediyinə görə, V. Ələsgərov kifayət qədər bacarıqlı mütəxəssisdir: "Lakin düşünürəm ki, artıq Valeh Ələsgərov kifayət qədər yaşlanıb və son dərəcə aktiv iştirakçılıq tələb edən Ələt azad iqtisadi zonasının rəhbərliyi onun üçün öhdəsindən gəlinməyəcək bir işə çevrilib. Azərbaycan hökuməti yeni layihələrdə çevikliyə, müasir texnologiyalara əsaslanan idarəetmə siyasəti yürütməyə çalışır. Kadr seçimlərində bu tələblər mümkün qədər nəzərə alınır. Bu baxımdan, V. Ələsgərovun gənc və aktiv iş imkanlarına malik kadrla əvəz olunması gözləniləndir. Mənə elə gəlir ki, Valeh müəllim özü də bu dəyişikliyi gözləyir”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar