Xəbər lenti
Ağdaş rayonuda seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Ağdaş rayonunda Kəlbəcərli seçicilərlə görüş keçirilib.
Manevr.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, şəhid ailələri, qazilər və Kəlbəcərli sakinlər iştirak ediblər.
İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən natiqlər YAP-ın namizədi cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat veriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin fəaliyyətə başladığı ilk günlərdən nümayiş etdirdiyi yüksək idarəçilik məharəti ona xalq arasında böyük rəğbət, sonsuz inam qazandırıb. Məhz buna görə xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətli olduğunu vurğulayıblar.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar