Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə "Mahir Ay Brat" barədə qərar verdi

Tarix: 30-01-2024 15:40     Baxış: 4219 A- / A+
Məhkəmə "Mahir Ay Brat" barədə
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan, "Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Manevr.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı M.Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, M.Qonşuyevə üç il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, meyxanaçı M.Qonşuyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə hesab edilən metamfetamin aşkarlanıb. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar