Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt şəhər Paralimpiya İdman Kompleksində seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR

Tarix: 29-01-2024 20:45     Baxış: 4106 A- / A+

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhər Paralimpiya İdman Kompleksində seçicilərlə görüş keçirilib.
Manevr.az xəbər verir ki, görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri Eldar İsmayılov, Zeynəb Məmmədyarova çıxış ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub.
Bildirilib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir: “Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Xalqımız bu seçkilərdə də Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, qalib Azərbaycanın bundan sonra da möhtəşəm uğurlarının davamına səs verəcək”.  
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sevda Sabirli
Manevr.az













Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar