Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib - ŞƏKİLLƏR

Tarix: 29-01-2024 16:27     Baxış: 3102 A- / A+

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Gəncə şəhərində İlk dəfə səs verəcək Kəlbəcərli Gənc seçicilərlə görüş keçirilib.
Manevr.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov və Kəlbəcərli Gənclər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.
Görüşdə ilk dəfə seçkilərdə iştirak edəcək gənclərə uğurlar arzulanıb. Bildirilib ki, gənclərin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməsi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması onlara verilən yüksək dəyərin nümunəsidir. 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək.
Çıxışlarında natiqlər geniş şəkildə gənclər arasında maarifləndirmə işinin təşkili, xüsusən ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədi ilə seçki prosesi haqqında gənclərə məlumat vermişlər.
Görüşdə çıxış edən Kəlbəcərli Gənclər Prezident İlham Əliyevlə qürur duyduqlarını və bütün Gəncləri 7 fevral ölkəmizdə keçiriləcək prezident seçkilərində yetkinliklə İlham Əliyev cənablarına səs verməyə çağırıblar. Kəlbəcərli Gənclər seçimlərinin cənab İlham Əliyev olacağını əminliklə ifade ediblər!
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar