Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Selin bağladığı Bakı-Şamaxı yolu açıldı

Tarix: 02-06-2017 11:43     Baxış: 3323 A- / A+
Selin bağladığı Bakı-Şamaxı yolu açıldı

Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsində dünən sel sularının yaratdığı problem aradan qaldırılıb.
Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, sel suları özü ilə gətirdiyi qaya parçaları, lil qatını körpünün üstünə atıb. Nəticədə yol bağlanıb və avtomobillərin hərəkətində problem yaranıb.
“Əməkdaşlarımız tez bir zamanda əraziyə cəlb olundu və problem aradan qaldırıldı. Hazırda həmin yolda hərəkət bərpa olunub. Yaz fəsli və yayın əvvəllərində belə yağışlar müşahidə olunur və bəzi dağlıq, dağətəyi avtomobil yollarında problemlər olurdu. Amma dünən məlum hadisədən sonra ciddi problem yaşanmayıb”.
Qeyd edək ki, dünən axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb.
Sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar