Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

AŞPA-nın qərəzli qərarı erməni lobbisinin maraqlarına xidmət edir – Deputat

Tarix: 26-01-2024 20:32     Baxış: 3184 A- / A+


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ölkəmizə qarşı növbəti açıq qərəzin göstəricisidir. Bu erməni lobbisinin və diasporasının birbaşa göstərişi ilə ortaya çıxan bir haldır. Qərbdə və beynəlxalq qurumlarda erməni lobbisinin maliyyəsi ilə ələ alınan siyasətçilərin davamlı olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bəzi Avropa dövlətləri Azərbaycana qarşı aparılan çirkin kampaniyada iştirak edir: “Görünən oduru ki, Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsi bəzi Qərb ölkələrini, AŞPA kimi qurumları narahat edir. Erməni lobbisinin asılılığında olan korrupsiyaya bulaşmış siyasətçilərin davranışları məhz riyakarlığın, ikiüzlü yanaşmaların ortaya çıxması ilə nəticələnir”.
Deputat bildirib ki, məhz bu kontekstdə Fransa və Almaniya kimi ölkələrin Ermənistan üçün dəridən-qabıqdan çıxması təəcüblü deyil: “Erməni lobbisinin maliyyə dəstəyi ilə formalaşmış Fransa və Almaniya hakimiyyət təmsilçiləri üçün artıq heç bir fundamental dəyər qalmayıb. Almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin “dəstəklənməsi” də bunun nəticəsidir. Emmanuel Makron kimi bəzi Qərb siyasətçilərinin anti-Azərbaycan, islamafob, anti-Türkiyə mövqeyindən dayanması bunu bir daha sübut edir”.
Millət vəkili söyləyib ki, Azərbaycanın 30 il pozulmuş hüquqları, ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç bir addım atmayan Qərb dövlətləri bu gün Ermənistan və ermənilər üçün canfəşanlıq edir: “Qarabağdan ermənilərin könüllü şəkildə çıxıb getməsini bu gün Azərbaycan əleyhinə bir vasitə kimi istifadə etmək cəhdləri sözsüz ki, uğursuluğa düçar olacaq. 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər, Xocalı soyqırımı, azərbaycanlıların etnik təmizləmə və zorla deportasiyası olunması faktlarını belə bu gün Avropa görməzdən gəlir. Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına reaksiya verməyən Qərb və onun ikiüzlü təşkilatlarının indiki mövqeyi sadəcə riyakarlıqdan başqa heç bir məna kəsb etmir”.
Aqil Məmmədov vurğulayıb ki, AŞPA-nın bu ikiüzlü, qərəzli mövqeyinə cavab olaraq Azərbaycan nümayəndə heyətinin atdığı addım təqdir olunur: “Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı yerində atılmış addımdır. 30 il ərzində ən müxtəlif platformalarda, o cümlədən AŞPA-da Ermənistanın işğalçılıq siyasətinə qiymət verilməyib. Bu baxımdan da AŞPA olmadan da Azərbaycan özünün haqq işində sona qədər uğur qazanacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar