Xəbər lenti
Ukrayna, Moldova və Gürcüstan niyə Azərbaycanı dəstəkləmədi?
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyaya edilməməsi, yəni tanınmaması ilə bağlı qətnamənin lehinə səs verənlər barədə yazmışdıq.
Qətnamənin əleyhinə səs verən deputatlar və nümayəndə heyətləri də bəllidir.
Mövqelərdə təəccüblü, yaxud gözlənilməz heç bir məqam yoxdur.
Səsvermə zamanı təəccüb doğuran nüans isə bir sıra ölkələrin nümayəndə heyətlərinin davranışıdır. Belə ki, Çexiya, Estoniya, Monteneqro, Slovakiya, Serbiya, Şimali Makedoniya, Polşa, Hollandiya, Macarıstan, Moldova, Lixtenşteyn, Latviya, Kipr, Yunanıstan, Bolqarıstan, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri səsvermədə iştirak etməyiblər.
Yunanıstan, Kipr və ya Polşanın heyətlərinin AŞPA-da Azərbaycanla bağlı davranışları ənənəvidir.
Fəqət, Ukrayna, Gürcüstan, Moldova və Macarıstanın nümayəndə heyətlərinin səsvermədə iştirakdan boyun qaçırmaları təəssüf hissi doğurur.
Bu ölkələr AŞPA-dakı səsvermə zamanı Azərbaycanı dəstəkləməkdən imtina ediblər. Səsverməyə qatılmamalarını neytrallıq kimi qələmə verməyə çalışırlar, lakin situasiyanın belə təqdimatı çox bəsit təsir bağışlayır.
SSRİ dağılandan sonra postsovet məkanında separtizm bəlası ilə qarşılaşan ölkə sadəcə, Azərbaycan deyildi. Ukraynada şərqi vilayətlər və Krım, Gürcüstanda - Abxaziya və Cənubi Osetiya, Moldovada - Dnestryanı bölgə faktiki olaraq mərkəzi hakimiyyətə tabe olmadıqlarını deyərək kvazimüstəqil yaşama üstünlük verdiklərini bəyan etdilər. Həmin ərazilərdə etnik zəmində separatizm mərkəzləri formalaşdı, "millətin öz müqəddəratını təyin etmək hüququ" kimi aberrasiya önə çəkildi və mərkəzi hakimiyyətə qarşı real müqavimət başlandı.
Azərbaycanda qarabağlı ermənilərin Xankəndindəki separatçı rejimi tək, Abxaziya və Cənubi Osetiyada, Dnestryanı bölgədə, Luqanskda və Donetskdə "müstəqil dövlət quruculuğu"na start verildi.
Azərbaycan qarabağlı ermənilərin separatizminə son qoydu, 44 günlük İkinci Qarabağ müharibəsi və sonra da lokal antiterror tədbirləri vasitəsilə ərazi bütövlüyü ilə suverenliyini bərpa etdi. İndi Azərbaycan sərhədlərinə bütün perimetr boyunca nəzarət edir.
Ukrayna, Moldova və Gürcüstan isə hələ də separatizmlə bağlı çox ağır problemlərin məngənəsindədir.
Qərbin, o cümlədən Avropa Parlamenti və AŞPA-nın verdiyi bol vədlərə rəğmən, Gürcüstandakı hakimiyyət Abxaziyaya və Cənubi Osetiyaya, Moldova - Dnestryanı bölgəyə, Ukrayna isə şərq vilayətlərinə və Krıma nəzarəti tam itirib.
Həmin ərazilərin separatizmdən nə zaman azad ediləcəyi, suverenliyin və ərazi bütünlüyünün nə zaman bərpa olunacağı bəlli deyil.
Daha dəqiq olsaq, Kiyev, Tbilisi və Kişineu üçün bu, çox uzaq, dumanlı perspektiv təsiri bağışlayır.
Macarıstanla bağlı vəziyyət tam fərqlidir. Bu ölkə ərazisində separatizm hələlik aşkar səviyyədə deyil və özünü faktoloji baxımdan büruzə verməyib. Amma Macarıstanın mövcud hakimiyyəti ilə Avropa İttifaqı və o cümlədən Avropa Şurası arasındakı münasibətlər həddən ziyadə gərgindir. Budapeşt fasiləsiz qaydada Strasburqla Brüsselin təzyiqlərinə məruz qalır. Macarıstanın baş naziri Viktor Orban isə AŞPA, Avropa İttifaqı və Avropa Parlamentindəki "qərəzli qüvvələr"in onu hakimiyyətdən kənarlaşdırmaq üçün bütün vasitələrə əl atdıqlarını bəyan edir.
Macarıstan eyni zamanda, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik olmaqla yanaşı, Azərbaycan və Türkiyə ilə sıx əlaqələrə malikdir.
Rəsmi Budapeşt enerji təhlükəsizliyinin təminatında Bakının əlahiddə rol oynadığını, istisnasız olaraq bütün beynəlxalq strukturlarda Azərbaycan tərəfindən həmişə dəstəkləndiyini dəfələrlə qeyd edib.
Sadaladığımız məqamlara görə, AŞPA-dakı səsvermədə Ukrayna, Gürcüstan, Moldova və Macarıstan ölkəmizin əleyhinə olan isterik qətnamə ilə bağlı səsverməyə qatılmalı, bu rüsvayçı sənədin əleyhinə səs verməliydilər.
Amma bu ölkələrin nümayəndə heyətləri "neytral" mövqe tutmağı, səsverməyə qatılmamağı seçdilər.
Halbuki AŞPA-dakı müzakirələrdə və səsvermədə, qətnamənin mətnində Azərbaycana qarşı absurd ittihamlar irəli sürülməklə yanaşı, ölkəmizin ərazi bütünlüyü, sərhəd toxunulmazlığı və suverenliyi şübhə altına alınmışdı.
Ukrayna, Macarıstan, Gürcüstan və Moldovanın kənara çəkilmələri isə dolayı yolla bu ittihamlarınqəbul etmək, onları bölüşmək, erməni işğalından azad olunmuş əzəli Azərbaycan əraziləri üzərində suverenliyimizin "mübahisə predmeti"nə çevrilməsi ilə barışmaq deyilmi?!
Macarıstan enerji təhlükəsizliyi məsələsində Bakıya həddən ziyadə güvəndiyini vurğulayır. Moldovanın hakimiyyət dairələri "enerji müstəqilliyimizin əldə olunmasında Azərbaycanla tərəfdaşlıq bizim üçün müstəsna əhəmiyyətlidir" deyir.
Rəsmi Kiyev "Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşımız və sadiq dostumuzdur" bəyanatlarını fasiləsiz tirajlayır. Üstəlik, Azərbaycan Ukraynaya sürəkli olaraq yardımlar yollayır: hətta SOCAR-ın Ukraynadakı bölməsi bu ölkədəki yanğınsöndürən, təcili yardım, kommunal xidmət, elektroenergetika və qazpaylama şəbəkəsi, habelə digər xidmətlərin avtomobilləri pulsuz (!) olaraq yanacaqla təmin edir.
"Azərbaycan sadəcə, dostumuz və qonşumuz yox, həm də çox güclü strateji tərəfdaşımızdır", - rəsmi Tbilisi bu ifadəni daim təkrarlayır.
Amma bu ölkələrin bəyanatlarının nə dərəcədə səmimi olduğu AŞPA-dakı səsvermədə aşkarlandı.
Bizə "dost" deyən ölkələrin nümayəndə heyətləri heç nə baş vermirmiş kimi davrandılar.
Bu "dost"lardan fərqli olaraq, Azərbaycan heç vaxt Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütünlyünü və suverenliyini şübhə altına almayıb.
Azərbaycanla yanaşı, Ukraynanın, Moldovanın və Gürcüstanın GUAM üzvü olduqlarını da unutmayaq.
AŞPA-ya gəldikdə isə, bu strukturun Azərbaycana təzyiq cəhdləri indiyədə kimi heç bir nəticə vermədiyi kimi, bundan sonra da effektsiz olacaq.
Elçin Alıoğlu

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar