Xəbər lenti
“AŞPA-da Azərbaycan heyətinə başqa seçim imkanı qalmadı” – Deputat Aqil Məmmədov
“Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması məcburi addım kimi dəyərləndilməlidir. Çünki, bu qurumdan göstərilən münasibət artıq Azərbaycan heyətinə başqa seçim imkanı qoymadı. AŞPA-da Azərbaycana, o cümlədən Türkiyəyə qarşı olan ənənəvi irqçilik, İslamofobiya münasibətlərdə dərin çatlar yaratmaqda idi. Azərbaycana qarşı qərəzli çıxışlar və bədnam qərarlar bugünkü mənzərənin yaranmasına səbəb oldu”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, AŞPA-da Azərbaycan qarşı çıxışlar zaman-zaman özünü göstərib. Lakin, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış Zəfərdən, xüsusilə, terrorçu-separatçı rejimə qarşı həyata keçirilən antiterror tədbirlərindən sonra bir sıra Qərb dövlətləri, həmçinin, Qərbə fəaliyyət göstərən beynəlxalq təşkilatlar Azərbaycana qarşı sərt və qərəzli mövqe sərgiləməyə başladılar. AŞPA-da ötən ilin oktyabr ayında qəul edilən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə də bu qərəzli münasibətin məhsulu idi. Qətnamədə dolayı yolla Azərbaycanda separatçı hərəkat dəstəklənir, separatçılara qarşı lokal əməliyyat, hərbi əməliyyat kimi qələmə verilirdi. Bunlar azmış kimi AŞPA-nın qış yarım-sessiyasının açılış günündə Azrbaycan nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi”.
Millət vəkilinin sözlərinə görə AŞPA-da yeni vüsət alan anti-Azərbaycan əhval-ruhiyyənin arxasında Fransa dayanır: “Fransa Cənubi Qafqazda sülhün bərqərar olmaması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmaması üçün bütün mümkün vasitələrə əl atır. AŞPA-da Azərbaycan əleyhinə bədnam koalisiyanı da məhz Fransa formalaşdırıb. Təəssüf ki, Almaniya da bu məsələdə Fransa ilə eyni mövqedən çıxış edir. Azərbaycanın müstəqil siyasəti, xüsusilə, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra bölgədəki mövqeyinin güclənməsi, dünyada nüfuz sahibinə çevrilməsi Qərbə bəlli dairələri narahat edir. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini təsdiq etməməsini, guya 7 fevralda keçiriləcək seçkilərə müşahidəçi kimi dəvət edilməməsi, yaxud, “siyasi məhbus”ların olması ilə əlaqələndirməyə çalışır. Lakin, açıq həqiqətdir ki, bu addımın kökündə, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi dayanır. Azərbaycan 30 il işğala məruz qalsa da, müharibədən sonra sülh təşəbbüsü ilə ilk çıxış edən də Azərbaycan oldu. Məhz Azərbaycan Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi qarşı tərəfə təqdim etdi. Bu jestin nəzərə alınmaması bir daha göstərir ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibətində tamamilə başqa meyarlar rol oynayır. Amma, bütün bunlar Azərbaycanı haqlı yolundan döndərə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev qlobal səviyyədə apardığı düzgün siyasəti ilə dünya ölkələri və fərqli qütblər arasında milli maraqlara cavab verən siyasət diktorinası qurub. Azərbaycan hər zaman əməkdaşlığa açıqdır. Yetər ki, avropalı siyasətçilər məsələlərə düzgün yanaşıb, əməkdaşlıq körpülərini yandırmasınlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar