Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Göygöl rayon Çaykənd kəndində seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR

Tarix: 24-01-2024 19:55     Baxış: 3212 A- / A+
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Göygöl rayon Çaykənd kəndində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.
Manevr.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, təbliğat-təşviqat qrupun üzvü Mirzəli Məmmədov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.

İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Görüşdə çıxış edən ziyalılar Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin gördüyü işlər nəticəsində ölkədə əldə edilən inkişaf haqda seçicilərə geniş məlumat veriblər. Natiqlər vurğulayıblar ki, Azərbaycanda mühüm siyasi proseslə bağlı geniş təbliğat-təşviqat işləri aparılmaqdadır: “Bu gün ölkədə hərtərəfli inkişaf müşahidə olunur. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir. Məhz ölkədə gedən abadlıq-quruculuq prosesi bu gün işğaldan azad olunmuş ərazilərdə sürətlə gedir. Buda Azərbaycan dövlətinin hər sahədə gücünün göstəricidir.
Çıxış edən seçicilər Kəlbəcərlilərin Ulu Öndər Heydər Əliyevin irsinə sadiqliyini, cənab Prezident İlham Əliyevin dəmir yumruğu ətrafinda birləşərək hər zaman olduğu kimi bu seçkilərdə də dəstək verəcəklərini əminliklərini ifadə ediblər.  
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Manevr.az 



















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar