Xəbər lenti
Mingəçevir şəhərində seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Mingəçevir şəhərində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.
Manevr.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Təbliğat-təşviqat qrupun üzvləri Əli Bağırov, Saday Musayev, şair Ələkbər Sönməz, şair Elşən Əzim, kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, ümumiyyətlə cəmiyyət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətin çəkdiyimiz torpaqlarımızı azad edərək xalqımızın ən böyük arzularını gerçəkləşdirib.
Çıxış edən seçicilər Kəlbəcərlilərin hər zaman dövlətə- dövlətçiliyə sadiq olduqlarını vurğulayıblar. Cənab İlham Əliyevə xalqımızın hər zaman olduğu kimi bu dəfə də dəstək verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
















Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar