Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Aleksey Overçuku qəbul edib

Tarix: 23-01-2024 11:27     Baxış: 4191 A- / A+


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlandı.Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirildi. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulandı. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.
Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar