Xəbər lenti
Goranboy rayon Veysli qəbəsində seçicilərlə görüş keçirilib. -ŞƏKİLLƏR

Manevr.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Məhiyyədin Əbdürrəhmanov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, 2024-cü ilin gəlişilə müstəqil Azərbaycanın həyatında yeni bir səhifə açılır. Ötən illərlə müqayisədə bu il ilk dəfə olaraq bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu da şanlı tariximizə daha bir uğur kimi yazılacaq. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev respublikaya rəhbərliyə başladığı dövrdən dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürərək, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran , böyük şəxsiyyət və siyasi xadim olduğunu Azərbaycan naminə gördüyü işlərlə doğrultdu. Çıxış edən seçicilər vurğulayıblar ki, Kəlbəcərlilər hər zaman dövlətə- dövlətçiliyə sadiq olublar. Bu seçkilərdə də seçimləri məhz Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd – Qalib xalqın Qalib Lideri İlham Əliyevin olacağına əminliklərini, ifadə ediblər. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Manevr.az









Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar