Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yanğın baş verən mərkəzə yeni direktor gətirildi - Mehriban Abasquliyeva işdən çıxarıldı

Tarix: 20-01-2024 15:34     Baxış: 3191 A- / A+

"Respublika Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru Mehriban Abasquliyeva vəzifəsindən azad edilib. 
Manevr.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. 
"Respublika Perinatal Mərkəzi"nə direktor əvəzi Şirinova Dilarə Vidadi qızı təyin edilib.
Qeyd edək ki, yanvarın 9-da "Respublika Perinatal Mərkəzi"ninn inzibati binasında baş vermiş yanğın zamanı 4 körpə ölüb və müəssisəyə ciddi ziyan dəyib. 
Baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxsi - Mərkəzin direktoru Abasquliyev Mehriban Adil qızı, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Xatıradaq ki, Mehriban Abasquliyeva 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum Evinin baş həkimi vəzifəsində çalışıb. O, Perinatal Mərkəzə 2022-ci ilin dekabrında direktor təyin edilmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar