Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tərtər rayonunda Məcburi köçkünlər üçün salınmış Şıxarx qəsəbəsində Kəlbəcərli seçicilərlə görüş keçirildi -ŞƏKİLLƏR

Tarix: 19-01-2024 23:23     Baxış: 3159 A- / A+
2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Tərtər rayonunda Məcburi köçkünlər üçün salınmış Şıxarx qəsəbəsində və ətraf ərazilərdə yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirildi.
Manevr.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, Qazilər və və rayon sakinləri iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib. Görüş zamanı çıxış edən natiqlər bildiriblər ki, bu seçkilər müstəqillik tariximizdə bütün ərazilərimizdə keçiriləcək ilk seçkilər olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində və 2023-cü il Lokal xarakterli antiterror əməliyyatları zamanı əldə etdikləri bu qələbədən sonra bütün ərazilərimiz erməni separatçılarından azad edildi, Azərbaycanın dövlət bayrağı Xankəndində ucaldıldı, suverenliyimiz tam bərpa olundu.  Bu reallıq partiyamızın namizədi, liderimiz cənab İlham Əliyevin seçki şuarında da əks olunur: Qalib Xalqın Qalib Lideri.  Biz inanırıq ki, seçicilərimiz seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə daha həvəslə qatılacaq. Çıxış edən seçicilər vurğulayıblar ki, cənab prezident İlham Əliyevin alternativi yoxdur, biz bu seçkilərdə tək namizd kimi xalqımızın lideri İlham Heydər oğlu Əliyevi görürük. Hər birimiz seçki məntəqələrinə gələrək bayram əhvali- ruhiyyəsi ilə  “Qalib xalqın qalib Lideri" nə öz səsimizi vərəcəyik! Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Manevr.az











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar