Xəbər lenti
Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib -ŞƏKİLLƏR

Qurumdan Manevr.az-a verilən məlumata görə, görüşdə proqram meneceri Elin Karmişel, proqram menecerinin müavini Qvenet Barri, Böyük Britaniyanın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Katerina Kolbi, layihənin Şərq regionu üzrə portfel meneceri Liz Mayklimont, səfirliyin əməkdaşı Nuriyə Quliyeva, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin Şimali Avropa şöbəsinin müdiri Rövşən İsrafilov, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev, Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər. Xarici qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışının ilkin nəticələri, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri müzakirə edilib, əvvəlki illərdə məcburi köçkün qadınlar arasında keçirilmiş sorğular və onların nəticələri barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar