Xəbər lenti
İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıtda seçicilərlə ilk görüş keçirilib - Şəkillər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayında seçicilərlə ilk görüş keçirilib.
Manevr.az-ın xəbərinə görə, görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Milli Məclisin deputatı Müşfiq Məmmədli çıxış ediblər.

Qeyd olunub ki, prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir.
Bildirilib ki, 7 fevral prezident seçkilərində müstəqilliyimizin, davamlı inkişafımızın təminatçısı olan cənab İlham Əliyevə səs verməklə bir daha birliyimiz, həmrəyliyimiz fonunda növbəti dövrün hədəflərinin gerçəkləşməsinə dəstək olacağıq.
Görüş zamanı çıxış edən seçicilər Azərbaycanın gələcəyinə, ölkəmizin daha da çiçəklənməsinə və güclənməsinə - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Manevr.az






Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar