Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub. Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə, Cavid Abdullayev "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri vəzifəsinə təyin edilib.
Manevr.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, R.Əşrəfov bu təyinatadək "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri vəzifəsində çalışıb. O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Nazirlik sözçüsü bildirib ki, digər təyinatla "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri vəzifəsinə təyin olunan C. Abdullayev daha əvvəl ASC-nin sədr müavini işləyib. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar